Xəzər Xəbər

ATƏT PA-nın iclasında südəmər uşaq iştirak edir

Dünya | 17:08 • 7 İyul 2019
ATƏT PA-nın iclasında südəmər uşaq iştirak edir

ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda davam edən illik iclasında maraqlı səhnələrə də rast gəlinir.


AZƏRTAC xəbər verir ki, iclaslara qucağındakı südəmər körpə ilə qatılan Kanadadan olan deputat Kristin Mur hətta çıxış da edir. Xanım siyasətçi gender problemlərinə dair məsələlər qaldırması və bu sahə ilə bağlı mühüm düzəlişlərə dair təkliflər irəli sürməsi ilə tanınır.


Təbəssüm doğuran bu səhnə ATƏT PA-nın sessiyasını işıqlandıran qəzetlərin səhifələrində və bir sıra telekanalların reportajında da yer alıb.

Xəbər lenti