Xəzər Xəbər

Latviyanın yeni Prezidenti ilk səfərini Estoniyaya edəcək

Dünya | 18:14 • 7 İyul 2019
Latviyanın yeni Prezidenti ilk səfərini Estoniyaya edəcək

Latviyanın yeni Prezidenti Eqil Levitsin iyulun 8-də andiçmə mərasimi keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, bununla bağlı Riqada avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Eyni zamanda, ictimai nəqliyyat da gün ərzində pulsuz hərəkət edəcək.


Eqil Levits əvvəlcə Azadlıq heykəlinin önünə çələng qoyacaq, daha sonra isə elə oradan xalqa müraciət edəcək. Bu müraciət forması Latviyada ilk dəfədir.


Yeni Prezident andiçmədən sonra ilk rəsmi səfərini Estoniyaya edəcək.

Xəbər lenti