Xəzər Xəbər

PKK terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib

Dünya | 17:53 • 7 İyul 2019
PKK terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib

PKK/KCK terror təşkilatının aparıcı şəxslərindən olan Diyar Qarip Muhammed Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatının (MİT) birgə keçirdiyi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, uğurlu əməliyyat Qəndil bölgəsinin Kortek rayonunda həyata keçirilib.


"Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.

Xəbər lenti