Xəzər Xəbər

Britaniya yalan xəbərlərlə 22,5 mln dollarlıq mübarizəyə başlayır

Dünya | 15:34 • 7 İyul 2019
Britaniya yalan xəbərlərlə 22,5 mln dollarlıq mübarizəyə başlayır

Böyük Britaniya hökuməti Şərqi Avropa ölkələrində yalan informasiyanın yayılmağı ilə mübarizəyə, eləcə də Qərbi Balkan dövlətlərində müstəqil KİV-i dəstəkləməyə yaxın üç il ərzində £18 mln ($22,5 mln ) vəsait ayıracaq.


"RİA Novosti”nin xəbərinə əsasən, bu barədə Birləşmiş Krallığın XİN-nin mətbuat xidməti məlumat yayıb.


"Dünya əhalisinin yalnız 10%-i məlumatı müstəqil informasiya vasitələrindən əldə edə bildiyi üçün, feyk xəbərlər və dezinformasiya cəmiyyətin düzənini pozur”, - deyə Britaniyanın XİN rəhbəri bildirib.


Birləşmiş Kralllığın XİN-i bildirib ki, rəsmi London bu yaxınlarda dezinformasiyanın aşkar edilməsi və onunla mübarizə məqsədi ilə, hökumət və dövlətin vəzifəli şəxsləri üçün yeni tədris proqramı tərtib edib.

Xəbər lenti