Xəzər Xəbər

Uqanda “Ebola”ya qalib gəldi

Dünya | 14:13 • 7 İyul 2019
Uqanda “Ebola”ya qalib gəldi

Uqandanın Qərbi Kasese vilayətində baş qaldıran "Ebola” epidemiyasının qarşısı alınıb.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.


"Xəstəliyi təsdiq olunmuş şəxslərlə əlaqədə olan bütün insanlar 21 günlük məcburi nəzarət müddətini keçiblər. Onların heç birində xəstəliyin əlamətləri və ya simptomları müşahidə olunmayıb. Hazırda heç kim nəzarət altında deyil, bu isə o deməkdir ki, Kasese əyalətində xəstəliyə reaksiyavermə mexanizmi vasitəsilə "Ebola”nın yayılmağının qarşısı alınıb”, - deyə ÜST-ı bildirir.


"Ebola” virusunun Uqandada baş qaldırması iyunun 11-də təsdiqlənmişdi. Həmin vaxtdan bəri xəstəlik artıq 3 nəfərin həyatına son qoyub. Virusun qonşu Konqo Respublikasına səfər edənlər tərəfindən gətirildiyi bildirilir.


Qeyd edək ki, Konqo Demokratik Respublikasında 2018-ci ilin iyulundan bu günə kimi "Ebola” virusundan ölənlərin sayı 1,5 min nəfəri ötüb.

Xəbər lenti