Xəzər Xəbər

Alyaskada rekord istilər qeydə alınıb

Dünya | 10:08 • 7 İyul 2019
Alyaskada rekord istilər qeydə alınıb

ABŞ-ın müəyyən hissəsi Şimal qütb dairəsində yerləşən Alyaska ştatında rekord istilər qeydə alınıb.


Xezerxeber.az xəbər verir ki, ştatın ən böyük şəhəri olan Ankoricdə temperatur müsbət 32 dərəcəyədək yüksəlib. Bundan əvvəlki rekord temperatur 1969-cu ildə qeydə alınmışdı: 29 dərəcədən bir qədər çox. Alyaskanın digər rayonlarında da rekord istilər hökm sürür.


Alimlər şimal ştatında istilər səngiməyənədək insanlara günəş altında mümkün qədər az olmağı və çox su içməyi məsləhət görürlər.

Xəbər lenti