Xəzər Xəbər

Britaniyada yük maşınını kütlənin üzərinə sürdü: yaralılar var, 2-si uşaqdır

Dünya | 12:46 • 6 İyul 2019
Britaniyada yük maşınını kütlənin üzərinə sürdü:

Böyük Britaniyanın Derbi şəhərində sürücü yük maşınını insan kütləsinin üzərinə sürüb.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, həmin vaxt insanlar pulsuz yeməyin paylanılmasını gözləyiblər.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin uşaq olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Sükan arxasında olan 37 yaşlı şəxs saxlanılıb.

İlkin ehtimala görə, o, bu addımı qəsdən törədib.

Xəbər lenti