Xəzər Xəbər

“Amazon” rəhbəri rəsmən boşandı Sabiq yoldaşı ən varlı qadınlar siyahısına düşür

Dünya | 13:30 • 6 İyul 2019
“Amazon” rəhbəri rəsmən boşandı

"Amazon"un rəhbəri Ceff Bezos və həyat yoldaşı Makkenzi rəsmi olaraq boşandılar.

XəzərXəbər oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, boşanma prosesinin başa çatması ilə C.Bezosun "Amazon" şirkətinin 19,7 milyon (4%) səhminin sabiq həyat yoldaşına ötürməsi proseduruna başlanılır.

Bu paket 38,3 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da Makkenzi Bezosun "Bloomberg" tərəfindən tərtib olunmuş dünyanın ən zəngin qadınlarının reytinqində 22-ci pillədə qərarlaşmasına imkan verir.

Xatırladaq ki, "Amazon" dünyanın ən iri onlayn mağazasıdır.

Xəbər lenti