Xəzər Xəbər

Zelenskidən Donbas açıqlaması: Günahkar axtarmayın!

Dünya | 11:07 • 6 İyul 2019
Zelenskidən Donbas açıqlaması: Günahkar axtarmayın!

Donbasın bərpası və müharibənin sonlandırılması paralel şəkildə aparılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən bunu təkrar-təkrar, yorulmadan deyəcəyəm: Bu, müharibənin sonlandırılmasıdır. Biz hər şeyi etmək istəyirik və müharibənin sonlandırılması ilə bağlı daima siqnal ötürürük”, - Prezident bildirib.

O qeyd edib ki, sözügedən münaqişə ilə bağlı günahkar axtarılmamalıdır və humanitar, sosial və s. sahələrlə bağlı paralel olaraq siyasi fəaliyyət yürüdülməlidir.

Xəbər lenti