Xəzər Xəbər

ÜST dəhşətli nəticəni açıqladı: get-gedə artır

Dünya | 16:35 • 5 İyul 2019
ÜST dəhşətli nəticəni açıqladı: get-gedə artır

General Xəlifə Haftarın qüvvələrinin Liviyanın paytaxtı Tripolidə həyata keçirdiyi hücumlar zamanı bu günə qədər 1000-dən çox insan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı informasiya yayıb.

Ölkənin şərqində mövqelərini bərkidən Haftarın ordusu iyunun 4-də paytaxta hücum etmişdi. BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin qarşıdurmaları sonlandırmaq çağırışı hələ də cavabsız qalıb.

ÜST, həmçinin, Haftarın hücum etdiyi qaçqın düşərgəsində ölü sayının 53-ə çıxdığını da açıqlayıb. Bombalanan düşərgədə 120 afrikalı miqrant yaşayırdı./publika.az

Xəbər lenti