Xəzər Xəbər

Pakistanda HİV epidemiyası: 700-dən çox uşaq virusa yoluxub

Dünya | 13:23 • 5 İyul 2019
Pakistanda HİV epidemiyası: 700-dən çox uşaq virusa yoluxub

Asiyada HİV epidemiyası qeydə alınıb.

"Lenta.ru”nun məlumatına görə, Pakistanın cənubunda yaşayan 700-dən çox uşaq HİV virusuna yoluxub.

Epidemiya ilə bağlı ilk əlamətlərə hələ aprel ayında ölkənin cənub əyaləti Sindin Larkana şəhərində rast gəlinmişdi. Tibb işçilərindən biri xəstələrin temperaturunun normal olmamasındanvə müalicəyə cavab vermədiyindən şübhələnərək xüsusi analiz götürüb və onların HİV virusu daşıyıcıları olduğu aşkarlanıb.

Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhali arasında yoxlama aparıb. Nəticədə 30 minə yaxın insanın müayinəsindən sonra onlardan 876-sının virusa yoluxduğu bəlli olub. Virusluların 82%-i isə 15 yaşadək uşaqlardır.

İmmunsistemini sıradan çıxaran virusun hansısa məsuliyyətsiz həkimin günahı ucbatından yayıldığı ehtimallar arasındadır.

Epidemioloqlar hazırda faciənin miqyasını müəyyənləşdirməklə və yoluxmuş insanların izolyasiya edilməsi ilə məşğuldurlar.

Xəbər lenti