Xəzər Xəbər

Tramp 70 illik ənənəni pozdu və... ABŞ tarixində NADİR HADİSƏ - FOTO

Dünya | 11:59 • 5 İyul 2019
Tramp 70 illik ənənəni pozdu və...

ABŞ ötən gün Müstəqillik Gününün 243-cü ildönümünü təntənəli şəkildə qeyd edib.

Prezident Donald Tramp ənənəsinə sadiq qalaraq bu mərasimdə də ilklərlə yadda qalıb.

Mərasimin paytaxt Vaşinqtonda təşkil edilən gündüz bölümündə ənənəvi olataq Müstəqillik Günü bayramı keçirilib. Axşam saatlarında isə "Amerikaya Salam” teması ilə təşkil olunan festivala prezident xanımı ilə birlikdə qatılıb.

Günorta saatlarında polis, əsgər və süvarilərin iştirakı ilə hərbi parad keçirilib. Konsitutsiya Bulvarında minlərlə insan paradı Amerika bayraqları ilə izləyib.

Axşamüstü isə tank və döyüş təyyarələrinin yer aldığı xüsusi nümayişdə Tramp 70 illik ənənəni pozaraq Ağ Evdə deyil, Linkoln Abidəsi önündə xalqa səslənib.

Kəskin yağışa baxmayaraq, minlərlə amerikalı bayrama xüsusi coşğu ilə qatılıb.

Bayramda 70 tonluq "Abrams” və istehsalına 1940-cı illərdə son verilən "Şerman” tankları xüsusi diqqət çəkib.

Trampın çıxışından sonra 35 dəqiqəlik atəşfəşanlıq baş tutub.

Paytaxtın digər tərəfində isə ABŞ prezidentinə qarşı etiraz aksiyası təşkil olunub. Onlarla qadın əlində mobil telefon tutuan, uşaq bezi geyinmiş nəhəng Tramp şarını havaya qaldırıb. Vaşinqton polisi helium şarlarına qadağa qoyduğu üçün Tramp şari yerə bağlanıb. Etirazlarda Ağ Ev qarşısında bir nəfər Amerika bayrağını yandırmağa cəhd göstərib. Polis həmin şəxsi həbs edib.

Publika.az

Xəbər lenti