Xəzər Xəbər

Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı FOTO

Dünya | 15:52 • 26 İyun 2019
Məşhur müğənninin konfeti 50 min dollara satışa çıxarıldı

Dünya şöhrətli müğənni Ariana Qrandenin daha öncə istifadə etdiyi konfetinternetdə rekord qiymətə satışa çıxarılıb.

Bir neçə gün öncə verdiyi konsert zamanı səhnəyə əlindəkonfetlə çıxan 25 yaşlı müğənni şirniyyatı tamaşaçıların üstünə atıb. Sənətçiniizləməyə gələn tamaşaçılardan biri bu konfeti taparaq götürüb. Daha sonra konfeti internetdə 50 min dollara satışa çıxarıb.

Fanatları internetdə konfetlə maraqlansalar da, hələlik şirniyyatıalmağa tələsən yoxdur.

Qeyd edək ki, A.Qrande ABŞ-ın Florida ştatında dünyaya göz açıb. Onun ulduzu 15 yaşında Brodveydə çıxış etdikdən sonra parlayıb. Ariana ifaçılıq karyerası boyunca ikidəfə Qremmi, üçdəfə Amerika Musiqi mükafatı, ikidəfə MTV Avropa Musiqi mükafatı və birdəfə MTV Video Musiqi mükafatına layiq görülüb.


Xəbər lenti