Xəzər Xəbər

İrandan dünyanı qorxuyan salan addım: 7 iyulda başlayır

Dünya | 18:28 • 25 İyun 2019
İrandan dünyanı qorxuyan salan addım: 7 iyulda başlayır

İranın Avropa ölkələri ilə imzaladığı nüvə sazişində öhdəliklərini azaltmasının ikinci mərhələsi 7 iyulda başlayacaq.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

İran Atom Enerjisi Qurumunun mətbuat katibi Bəhruz Kamalvəndi 17 iyunda 10 gün sonra ölkəsindəki zənginləşdirilmiş uranın həcminin 300 kiloqramı keçəcəyini bildirmiş və nüvə sazişindəki limitin aşılacağını demişdi.

"Uran istehsalı 4 qat artıb. 300 kq zənginləşdirilmiş uran üçün günlər sayılır”, - Kamalvəndi demişdi.

Mətbuat katibi həmçinin, vurğulamışdı ki, razılşmanın 26 və 36-cı bəndləri İranın haqlarını qoruyur: "36-cı maddəyə görə, sanksiyaların qaldırılmaması təqdirində İran razılaşmanı tamamilə və ya qismən ləğv edə bilmək haqqına sahibdir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti