Xəzər Xəbər

İŞİD taktika dəyişir: yeni terror dalğası mümkündür

Dünya | 15:25 • 19 İyun 2019
İŞİD taktika dəyişir:

"Əvvəllər İŞİD silahlıları tərəfdarlarını İraq və Suriyaya köçməyə çağırırdılar, lakin indi onlara cihadı davam etmək üçün öz ölkələrində qalmalarını təklif edirlər"

İŞİD terror təşkilatı taktikasını dəyişərək tərəfdarlarını Yaxın Şərqə getməməyə və öz ölkələrində terror aktları təşkil etməyə çağırıb.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov deyib.

Ufa şəhərində təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli məsul şəxslərin beynəlxalq görüşündə çıxış edən Kokov bildirib ki, Yaxın Şərq, Afrika, Cənubi və Cənub-Şərqi Asiya terrorçuların fəal olduqları ərazilər olaraq qalır.

Onun sözlərinə görə, bu ərazilərdə terrorçular "yatmış özək"lər yaratmaq səylərini davam etdirirlər.

"Əvvəllər İŞİD silahlıları tərəfdarlarını İraq və Suriyaya köçməyə çağırırdılar, lakin indi onlara cihadı davam etmək üçün öz ölkələrində qalmalarını təklif edirlər", - deyə Kokov bildirib./Sputnik Azərbaycan

Xəbər lenti