Xəzər Xəbər

Trampdan Türkiyəyə "hücum" PLANI: 3 istiqamətdə SARSIDICI ZƏRBƏ

Dünya | 14:13 • 19 İyun 2019
Trampdan Türkiyəyə "hücum" PLANI:

ABŞ prezidenti Donald Tramp və onun komandası Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinə görə sanksiya paketi üzərində düşünür.

Bu barədə "Blumberq Nyuz” informasiya yayıb.

Agentliyə məlumat verən mənbələr bildirib ki, Tramp hökuməti Türkiyəni 3 sanksiya paketi ilə cəzalandırmaq üzərində müzakirə aparır.

Milli Təhlükəsizlik Şurası (NSA) ilə Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrdə ən ciddi sanksiya paketi hazırda problemli olan türk iqtisadiyyatını zəiflətmək istiqamətindədir. Bilgi adı açıqlanmayan 3 qaynaq tərəfindən təsdiqlənib.

Həmçinin, S-400 razılaşmasının qüvvədə qalması təqdirində F-35 döyüş təyyarələrinin satışının dayandırılması və bənzər sanksiyalar da işə düşə bilər.

Ən çox dəstək görən variant Türkiyənin müdafiə sistemi sekoturndakı bəzi şirkətləri ABŞ-ın CAATSA sanksiyalarına hədəf qoymaqdır. Sanksiyalar bu şirkətlərin ABŞ-ın maliyyə sisteminə daxil olmasının qarşısını alacaq və Amerikadan ehtiyat hissələrinin idxalı və satışını mümkünsüz edəcək.

"Blumberq Nyuz”un sanksiya xəbərindən sonra dollar-lirə indeksi 1,5 dəfə yüksələrək 5.9171 səviyyəsinə qədər çıxıb./publika.az

Xəbər lenti