Xəzər Xəbər

"Çernobıl" serialı TƏŞVİŞ YARATDI Ölkədə dərman satışları REKORD QIRDI

Dünya | 14:22 • 18 İyun 2019
"Çernobıl" serialı TƏŞVİŞ YARATDI

Amerikanın HBO telekanalının ərsəyə gətirdiyi "Çernobıl” serialı Norveçdə dərman satışlarını artırıb.

Bu barədə Norveç Əczaçılıq Birliyi inofrmasiya yayıb.

Məlumata görə, serialın yayımlanmasından 5 həftə sonra ölkə miqyasında "Jodix” yod tabletlərinin satışı ikiqat artıb.

Norveç Nüvə Təhlükəsizliyi və Radiyasiyadan Qorunma Direktorluğunda fövqəladə vəziyyətlərə hazırlıq alayının idarəçisi Astrid Liland qeyd edib ki, serial Norveçdə nüvə təhlükəsizliyi məsələsinə diqqəti artırıb: "Serial bizə işlərin bir anda əksinə gedə biləcəyini xatırladır. Bənzər qəzaların yaşanması ehtimalı aşağı olsa da, insanlar hazır olmalıdır. Norveçin nə qədər təsir görəcəyi qəzanın harada baş verəcəyinə bağlıdır. Ancaq yod tabletlərinin ehtiyatda olması yenə də əhəmiyyətlidir”.

Liland İspaniya və Fransa kimi nüvə reaktorlarına malik ölkələrə səyahətə gedən insanlara tövsiyə edib ki, mütləq çantalarında yod tabletləri olsun.

Məlumat üçün bildirək ki, yod tabletləri radioaktiv yodun tiroiddə (qalxanabənzər vəzi) yığılmasının qarşısını alır. Yod tabletləri nüvə radiyasiyasının yayılmasından bir neçə saat sonra qəbul edilməlidir.

Mütəxəssislər 40 yaşdan aşağı insanlara fövqəladə vəziyyətlər üçün yod tabletləri almağı tövsiyə edir./publika.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti