Xəzər Xəbər

5 nəfər avtomobildə yandı - İranda

Dünya | 14:24 • 17 İyun 2019
5 nəfər avtomobildə yandı - İranda

İranın cənub-qərbində Fars vilayətində dəhşətli avtomobil qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti fövqəladə hallar idarəsinin rəsmisi Həsən Himməti deyib.

H.Himmətinin sözlərinə görə, Firuzabad-Şiraz magistral yolunda 2 avtomobilin "pikap"la toqquşması nəticəsində yanğın baş verib və 5 nəfər həlak olub.

O, qəzada yaralanan 3 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti