Xəzər Xəbər

Yunanıstanın Baş naziri Türkiyəni sanksiyalarla hədələdi

Dünya | 12:32 • 17 İyun 2019
Yunanıstanın Baş naziri

Kiprin və Yunanıstanın suveren hüquqları pozulduğu təqdirdə Türkiyəyə Avropa Şurası tərəfindən sanksiyalar tətbiq oluna bilər.

Bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Xarici İşlər və Müdafiə Şurasının növbədənkənar iclasında deyib.

O bildirib ki, Türkiyə qanunsuz olaraq Kiprin iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparır.

"İlk növbədə onu qeyd etmək istəyirəm ki, bütün yunanlar özlərini təhlükəsizlikdə hiss etməlidirlər”, - A.Tsipras bildirib.

Onun sözlərinə görə, Yunanıstan son zamanlarda daha güclü beynəlxalq birliklər formalaşdırıb./oxu.az

Xəbər lenti