Xəzər Xəbər

Türkiyədə ərazi münaqişəsi 6 nəfərin ölümüylə nəticələnib

Dünya | 17:16 • 15 İyun 2019
Türkiyədə ərazi münaqişəsi 6 nəfərin ölümüylə nəticələnib

Türkiyənin Şanlıurfa vilyətinin Siverek rayonunda ərazi anlaşmazlığı səbəbindən Çeltik məhəlləsində iki ailə arasında qan tökülməsi ilə nəticələnən silahlı qarşıdurma baş verib.


AZƏRTAC Türkiyə KİV-lərə istinadla xəbər verir ki, münaqişə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Daha iki nəfər yaralılar xəstəxanaya aparılarkən baş verən avtomobil qəzasında həyatını itirib. Bildirilir ki, münaqişə edənlər İzol tayfasına məxsusdurlar.


Münaqişənin daha da böyüməməsi üçün bölgədə təhlükəsizlik tədbirlər gücləndirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti