Xəzər Xəbər

ABŞ Gürcüstanda kommersiya nümayəndəliyi açacaq

Dünya | 09:17 • 15 İyun 2019
ABŞ Gürcüstanda kommersiya nümayəndəliyi açacaq

ABŞ Gürcüstanda kommersiya nümayəndəliyi açacaq.


Bununla əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə ABŞ-ın Ticarət Nazirliyi arasında müqavilə imzalanıb.


Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib ki, ABŞ-ın açacağı nümayəndəlik əslində regional ofis olacaq. Bu, bir daha təsdiq edir ki, ABŞ Gürcüstanı regionda özünün biznes əlaqələndiricisi hesab edir.


Müqavilə Gürcüstan Baş nazirinin ABŞ-a səfəri zamanı imzalanıb.

Xəbər lenti