Xəzər Xəbər

"Çernobıl" serialı qadağan edilə bilər

Dünya | 16:03 • 14 İyun 2019
"Çernobıl" serialı qadağan edilə bilər

Rusiya Kommunist Partiyası "Çernobıl" serialının ölkədə qadağan edilməsini istəyib.

Rusiya Kommunist Partiyası bununla bağlı Elm,Texnologiya və Rabitə ofisinə müraciət edib və bildirilib ki, bu serialı qərb ölkələri Rusiyaya qarşı propaqanda yürütmək üçün istifadə edə bilər:

"Serial başdan-başa SSRİ ilə bağlı qara propaqanda ilə doludur. Çernobıl faciəsi həqiqətdir fəqət HBO kanalı bu fəlakəti ideoloji hədəf halına gətirib".

Qeyd edək ki, 1986-cı ildə Ukraynanın Çernobıl şəhərindəki nüvə stansiyasında partlayış baş vermiş və qəzanın nəticələri sadəcə Ukrayna, Belarus və Rusiyada deyil, Şərqi Avropa, Qara dəniz və Türkiyədə də hiss edilmişdi./Metbuat.az

Xəbər lenti