Xəzər Xəbər

Təcavüzdə ittiham olunan Neymar danışdı: 5 saat...

Dünya | 14:29 • 14 İyun 2019
Təcavüzdə ittiham olunan Neymar danışdı: 5 saat...

Braziliyalı futbol ulduzu Neymar ötən gün Sao Paulo şəhər polis bölməsində 5 saat ifadə verib.

Təcavüz və hücumda ittiham olunan ulduz zədəsi səbəbilə çətinliklə gəzərək vəkilləri ilə birgə bölməyə gedib.

Onu polis bölməsinin qarşısında fanatları qarşılayıb. PSJ-li ulduza dəstək vermək üçün minlərlə şəxs toplaşıb.

Hakim Flaviya Merlini jurnalistlərə verdiyi açıqlamada futbolçunun bütün ittihamları rədd etdiyini və suallara məmnunedici şəkildə cavab verdiyini bildirib.

"Neymar bütün suallarımızı cavablandırdı. Bundan sonra detektivlər istintaq başa çatana qədər lazımi tədbirləri görəcək. Gizli istintaq olduğu üçün tədbirlər haqqında detalları açıqlaya bilmərəm”, - hakim deyib.

Neymar isə çıxışda verdiyi açıqlamada qeyd edib ki, reallıq gec-tez ortaya çıxacaq. Fanatlarına isə dəstək üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Neymar onu təcavüzlə ittiham edən Nayila Mendes de Souzanın fotolarını onun icazəsi olmadan paylaşmaqda günahlandırılır. Nayila Mendes de Souza Neymarın 15 mayda Parisdə bir hoteldə oan təcavüz etdiyini açıqlamışdı.

26 yaşlı qadın bildirib ki, Neymardan xoşu gəlib və onunla cinsi əlaqə girmək istəyib. Ancaq Neymar qoruyucu istifadə etməkdən imtina edib. Souza isə bunu qəbul etməyib. Neymar bundan əsəbiləşib və ona təcavüz edib. Neymar instaqram hesabından de Souza ilə yazışmalarını paylaşıb və ona qarşı qaldırılan ittihamları rədd edib./publika.az

Xəbər lenti