Xəzər Xəbər

Ruhani: ABŞ regionda və dünyada sabitliyə ciddi təhdiddir

Dünya | 14:05 • 14 İyun 2019
Ruhani: ABŞ regionda və dünyada sabitliyə ciddi təhdiddir

ABŞ-ın hərəkətləri Yaxın Şərq regionunda sabitliyə ciddi təhdiddir.

Bunu İran Prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib.

O bildirib ki, son iki il ərzində ABŞ hökuməti bütün beynəlxalq qaydaları pozur:

"ABŞ hökuməti bu müddət ərzində bütün beynəlxalq strukturları və qaydaları pozaraq, iqtisadi, maliyyə və hərbi imkanlarından istifadə etməklə aqressiv yanaşma nümayiş etdirir, regionda və dünyada sabitliyə ciddi təhdid törədir”. (Trend)

Xəbər lenti