Xəzər Xəbər

Putinlə Tramp ayaqüstü görüşə bilərlər

Dünya | 11:33 • 14 İyun 2019
Putinlə Tramp ayaqüstü görüşə bilərlər

"Vladimir Putin və Donald Tramp G20 sammiti çərçivəsində "ayaqüstü görüş” keçirə bilərlər”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda, o bildirib ki, görüşlə bağlı ABŞ tərəfindən hər hansı bir təklif gəlməyib.

Bundan əvvəl D.Tramp rusiyalı həmkarı ilə görüşü istisna etməmişdi.

Trend xatırladır ki, G20 sammiti iyunun 27-28-də Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Xəbər lenti