Xəzər Xəbər

Tvitterdən ŞOK Minlərlə hesab BU SƏBƏBƏ GÖRƏ silindi

Dünya | 11:03 • 14 İyun 2019
Tvitterdən ŞOK

Dünyanın ən böyük sosial media platformalarından biri olan "Tvitter” İran qaynaqlı və İran hökumətinin birbaşa dəstəkllədiyi düşünülən 4800 hesabı silib.

Bu barədə şirkət özü açıqlama yayıb.

Bildirilib ki, bu hesabların əksəriyyəti İran dövlətinin diplomatik və geostrateji maraqlarını dəstələyən yeni baxış bucağı ilə qlobal xəbər tərkibli paylaşımlar edib.

Tvitter silinən hesabların siqnal və davranışlarının fərqli olduğu 3 qrupa ayırıb. İlk qrup təxminən 2 milyon tvit atmış 1666 hesabdan ibarət olub.

248 hesabdan ibarət ikinci qrup isə İsraillə bağlı müzakirələrə birbaşa qatılıb.

Son olaraq 2865 hesabdan ibarət qrupdakılar saxta pasportdan istifadə edib, həm İran, həm də dünya miqyasında siyasi məsələlərə qatılıblar./publika.az

Xəbər lenti