Xəzər Xəbər

Ərdoğan: “Biz S-400 işini bitirmişik”

Dünya | 15:49 • 13 İyun 2019
Ərdoğan:

Türkiyə prezidentinin sözlərinə görə, ölkəsi S-400 sistemlərinin uyğun qiyməti ilə yanaşı, gələcəkdə onların birgə istehsal edilə biləcəyinə dair vədi nəzərə alaraq razılaşmaya imza atıb.

"Türkiyə S-400 zenit raket komplekslərini artıq alıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məsələni şərh edərkən deyib.

"Türkiyə S-400 müdafiə sistemlərini alacaq demirəm. Artıq alıb. Bu işi bitirmişik" - deyə Ərdoğan vurğulayıb.

Prezidentin sözlərinə görə, ölkəsi S-400 sistemlərinin uyğun qiyməti ilə yanaşı, gələcəkdə onların birgə istehsal edilə biləcəyinə dair vədi nəzərə alaraq razılaşmaya imza atıb.

"İnşallah, "S-400"lər gələn ay təhvil veriləcək" - deyə Ərdoğan bildirib.

O, həmçinin vurğulayıb ki, Türkiyə F-35 təyyarələrinin yalnız müştərisi deyil, eyni zamanda onları istehsal edən tərəflərdən biridir.

"Bu günə qədər biz F-35 layihəsinə 1 milyard 250 milyon dollar ödəmişik" - Ərdoğan deyib./Sputnik Azərbaycan

Xəbər lenti