Xəzər Xəbər

Türkiyəyə dünyaya MEYDAN OXUDU "Hücumlar davam edərsə..."

Dünya | 15:30 • 13 İyun 2019
Türkiyəyə dünyaya MEYDAN OXUDU

"S-400-lər Türkiyəyə gələcək və yerləşdiriləcək. Kimsə Türkiyəyə ultimatum verə bilməz”.

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

Fransalı həmkarı ilə birgə mətbuat konfransı keçirən naziri ABŞ-la Türkiyə arasında Rusiyadan alınan S-400 zenit raket kompleksi gərginliyilə bağlı danışarkən belə deyib.

Çavuşoğlu, həmçinin bildirib ki, rəsmi Ankara Fransanın YPG terror rəşkilatı ilə əməkdaşlığından narahatdır: "Fransanın YPG ilə yaxın əməkdaşlığını doğru qəbul etmirik. Bu, Fransaya yaraşmır”.

Əsəd rejimin Suriyanın şimalındakı İdlib Gərginliyi Azaltma Bölgəsində türk ordusunun nəzarət məntəqəsinə səhra topları ilə hücumunu dəyərləndirən nazir qeyd edib ki, rejim hücumlara davam edərsə, Türkiyə lazımi tədbirləri görəcək./publika.az

Xəbər lenti