Xəzər Xəbər

Cari ildə ABŞ-ın gündəlik neft istehsalı 12,32 milyon barrel olacaq

Dünya | 14:16 • 13 İyun 2019
Cari ildə ABŞ-ın gündəlik neft istehsalı 12,32 milyon barrel olacaq

ABŞ-ın 2019-2020-ci illər üzrə sutkalıq xam neft hasilatına dair proqnoz azaldılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın neft hasilatı cari ildə gündəlik orta hesabla 12,32 milyon barrel təşkil edəcək. Gələn il isə Birləşmiş Ştatların neft istehsalının sutkada 13,26 milyon barrel olacağı nəzərdə tutulur.


EIA-nın 2019-cu il üzrə gündəlik hasilatla bağlı əvvəlki proqnozu 12,45 milyon barrel, 2020-ci ilə dair isə 13,38 milyon barrel idi.


Qeyd edək ki, keçən ilin noyabrında ABŞ neft hasilatı sutkada 11,7 milyon barrelə çataraq bu göstərici ilə Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyub. Bu ilin mayında isə Birləşmiş Ştatların neft istehsalı gündəlik orta hesabla 12,4 milyon barrelə yüksələrək rekord səviyyəyə çatıb.

Xəbər lenti