Xəzər Xəbər

An-32 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Dünya | 13:56 • 13 İyun 2019
An-32 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Hindistan Hərbi Hava Qüvvələrinin axtarış qrupu An-32 təyyarəsinin qəzaya uğradığı Arunaçal-Pradeş ştatının şimal-şərqindəki dağlarda sağ qalanların olmadığını bildirib.


AZƏRTAC ANI informasiya agentliyinə istinadən xəbər verir ki, axtarış qrupu təyyarənin qəzaya uğradığı yerə iyunun 13-də səhər saatlarında çatıb.


İtən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqları iyunun 11-də Lipo yaşayış məntəqəsindən 16 kilometr şimalda dəniz səviyyəsindən 3,5 min kilometr hündürlükdə aşkarlanmışdı.


Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itib. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə sonuncu dəfə əlaqə saxlayıb. İnsident zamanı təyyarənin göyərtəsində 13 nəfər - səkkiz ekipaj üzvü və beş sərnişin olub.

Xəbər lenti