Xəzər Xəbər

Ebola bu ölkəyə də çatdı Ölən var

Dünya | 12:27 • 13 İyun 2019
Ebola bu ölkəyə də çatdı

Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya gəlmiş 5 yaşlı uşaq Ebola virusuna yoluxduqdan sonra vəfat edib.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bu, Uqandada Eboladan qeydə alınmış ilk ölüm halı olub.


Həmin uşaq ötən gün yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.


Qeyd edək ki, bu günədək Konqo DR-da Ebola virusuna 2071 yolxuma halı qeydə alınıb. Yoluxanlardan 1396 nəfər ölüb, 575 nəfər sağalıb.

Xəbər lenti