Xəzər Xəbər

Çinin yeganə döyüş gəmisi OKEANA ÇIXDI Yaponiya yaxınlığında təhlükə siqnalları

Dünya | 11:57 • 12 İyun 2019
Çinin yeganə döyüş gəmisi OKEANA ÇIXDI

Çinin "Liaoning” təyyarədaşıyan gəmisi Sakit okeana keçib.

Bu barədə Yaponiya Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, gəmi Okinava ilə Miyako adası arasından keçərək beynəlxalq sulara daxil olub. Gəmini sürətli qayıqlar müşayiət edib.

Çinin 2012-ci ildə istifadəyə verilən ilk və tək döyüş gəmisi olan "Liaoning”in təyyarələrin eniş və qalxma təlimləri keçməsi üçün Sakit okena getdiyi ehtimal olunur.

Qeyd edək ki, "Liaoning” ilk dəfə 2016-cı ildə Çin dənizindən Sakit okeana gedərkən Yaponiyaya aid adaların yaxınlığından keçmişdi. Ötən il isə aprelin 21-də Yaponiyanın cənub adalarının qərbində hərəkət etdiyi təsbit olunmuşdu. Çinin döyüş gəmisinin bu ölkənin ətrafında fəaliyyət göstərməsi diqqət çəkir./publika.az

Xəbər lenti