Xəzər Xəbər

Türkiyədə hər gün min litr saxta içki istehsal edən anbar aşkarlanıb

Dünya | 18:22 • 10 İyun 2019
Türkiyədə hər gün min litr saxta içki istehsal edən anbar aşkarlanıb

Türkiyənin İzmir şəhərində hər gün min litr saxta içki istehsal edən anbar aşkarlanıb.


AZƏRTAC xəbər verir ki, bundan əlavə anbarda 180 litr etil spirt, 13 min etiket, min ədəd boş şüşə və içki hazırlığında istifadə olunan digər ləvazimatlar ələ keçirilib. Şəhərin təhlükəsizlik orqanlarından verilən məlumata görə, istehsal olunan içkilər şəhər mərkəzində və turistik bölgələrdə satılmaq üçün hazırlanıb.


Beş şübhəli şəxs saxlanılıb.

Xəbər lenti