Xəzər Xəbər

Timoşenkonun partiyası namizədlərin siyahısını açıqlayıb

Dünya | 16:32 • 10 İyun 2019
Timoşenkonun partiyası namizədlərin siyahısını açıqlayıb

Ukraynanın sabiq Baş Naziri Yuliya Timoşenkonun rəhbəri olduğu "Batkivşina” partiyası bu gün keçirilən qurultayında növbədənkənar parlament seçkilərinə namizədlərin siyahısını açıqlayıb.


Partiyanın ilk beşliyinə sədr Yuliya Timoşenko, Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədri Valentin Nalivayçenko, deputatlar Serqey Taruta, Serqey Sobolev, Yelena Kondratyuk daxildir.


Timoşenko çıxışında, həmçinin bəyan edib ki, parlament seçkilərindən sonra Prezident Vladimir Zelenskinin rəhbəri olduğu "Xalqın xidmətçisi” partiyası ilə koalisiya qurmağa hazırdır.


Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.

Xəbər lenti