Xəzər Xəbər

Qaçqınların qəbulu mərkəzində bıçaqlanma baş verib

Dünya | 16:25 • 10 İyun 2019
Qaçqınların qəbulu mərkəzində bıçaqlanma baş verib

Belçikanın Mexelen şəhərində sığınacaq istəyənlər üçün qəbul mərkəzində bıçaqlanma ilə başa çatmış davadan sonra əslən Somalidən olan 24 yaşlı kişi həbs edilib.


Həmin şəxs adam öldürməyə cəhddə ittiham edilir.


Antverpen prokurorluğunun mətbuat katibi Stefani Şome bildirib ki, zərərçəkmiş şəxsə tibbi yardım göstəriləndən sonra onun həyatı üçün təhlükə sovuşub.


Əslən Somalidən olan şübhəli şəxs bu gün istintaq edilib. Hakim məhkəməyə qədər onun həbs olunması barədə qərar çıxarıb. Məhkəmənin qəti hökmü çıxarılana qədər bu adam həbsxanada qalacaq.


Hücumun səbəbləri hələlik məlum deyil. (AZƏRTAC)

Xəbər lenti