Xəzər Xəbər

Balıq tutmağa getdi, itdi - Timsahdan şübhələnirlər...

Dünya | 15:26 • 10 İyun 2019
Balıq tutmağa getdi, itdi - Timsahdan şübhələnirlər...

Malayziyada Laxad-Datu şəhərində xilasedicilər yerli sakinin axtarışlarına başlayıb.

44 yaşlı Rudi Qessanın ötən gün balıq tutmaq üçün evdən çıxdığı və bir daha geri qayıtmadığı bildirilir. Ehtimal edilir ki, o, timsahın hücumuna məruz qalıb.

Hazırda çay və onun sahilində axtarışlar aparılır.

Qeyd edək ki, bu insidentdən öncə Solomon adalarında timsah bir nəfərə hücum edərək onu parçalamışdı./trend

Xəbər lenti