Xəzər Xəbər

Stoltenberq: Rusiya NATO üçün əsas təhlükədir

Dünya | 15:05 • 10 İyun 2019
Stoltenberq: Rusiya NATO üçün əsas təhlükədir

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın hərbi blok üçün əsas təhlükə adlandırıb.

Bu fikri o, Serbiyanın "Siyasət" qəzetinə müsahibəsi zamanı səsləndirib.

Baş katib deyib: "Danılmazdır ki, uzun illərdir təhlükəsizlik sahəsində gözlənilməz vəziyyətlərlə qarşı-qarşıya dayanmışıq. Bunlar Rusiyanın daha aqressiv siyasəti, kibertəhlükəsizlik, hibrid təhlükələr, Yaxın Şərq və Şimali Afrikada qeyri-sabitlik və davam edən terror təhlükəsidir"./trend

Xəbər lenti