Xəzər Xəbər

Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb

Dünya | 19:30 • 9 İyun 2019
Qazaxıstanda prezident seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar səsvermə başa çatıb.

Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21:00-da (19:00, GMT+4) səsvermə prosesi Qərbi-Qazaxıstan, Atrau, Aqtöbe və Mangistau vilayətlərində, saat 20:00-da isə (18:00, GMT+4) ölkənin əsas ərazilərində başa çatıb.

Yerli vaxtla saat 20:00 (18:00, GMT+4) üçün səsvermədə 77 faiz seçici iştirak edib.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da səsvermə başlayıb.

Qazaxıstan ərazisində və ölkədən kənarda 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Xəbər lenti

Çox oxunanlar