Xəzər Xəbər

Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum ediblər

Dünya | 16:41 • 9 İyun 2019
Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum ediblər

Yəmənin "Ansar Allah" hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatları vasitəsi ilə Səudiyyə Ərəbistanının Cizan şəhərinin hava limanına zərbələr endirib.

TASS-ın verdiyi məlumata görə, zərbələrin hədəfi Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar və bunkerlər olub.

İnsidentlə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Xəbər lenti