Xəzər Xəbər

Skopyedə 223 polyak futbol azarkeşi həbs olunub

Dünya | 15:21 • 9 İyun 2019
Skopyedə 223 polyak futbol azarkeşi həbs olunub

"Avro 2020”-nin seçmə oyunları çərçivəsində Şimali Makedoniyanın Skopye şəhərində keçirilmiş Şimali Makedoniya-Polşa matçında ictimai asayişi pozan 223 polyak azarkeş həbs olunub.


AZƏRTAC xəbər verir ki, həbsə səbəb onların oyundan qabaq Skopye Milli Parkında dalaşmaları olub. Həbs olunanların hamısı bölmələrə aparılıb, sonra isə növbətçi məhkəməyə çıxarılıb.


Xatırladaq ki, sözügedən oyunda Polşa 1-0 hesabı ilə qalib gəlib.

Xəbər lenti