Xəzər Xəbər

Litvada NATO təlimləri başlanıb

Dünya | 10:59 • 9 İyun 2019
Litvada NATO təlimləri başlanıb

Litvada 10 ölkədən 4 minədək hərbi qulluqçunun iştirakı və min vahiddən çox hərbi texnikanın cəlb edildiyi "Gelezinis Vilkas” irimiqyaslı manevrlər başlanıb. Bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, təlimlərdə Litva ilə yanaşı, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, ABŞ, Çexiya və Estoniyanın hərbi qulluqçuları iştirak edirlər. Onların bir hissəsi NATO-nun Litvada toplu batalyonuna daxildir. İki həftə davam edəcək təlimlər Litva ordusunun Pabrade şəhərində yerləşən poliqonunda və Qayjyunay poliqonunda keçiriləcək.

Xəbər lenti