Xəzər Xəbər

Nigeriyada yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb

Dünya | 10:46 • 9 İyun 2019
Nigeriyada yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb

Nigeriyanın cənub-qərbində yerləşən Ondo ştatında yük maşını və sərnişin avtobusunun toqquşması nəticəsində azı 18 nəfər olub. Bu barədə "Pulse Nigeria” qəzeti məlumat yayıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, şahidlərin söylədiklərinə görə, yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili qarşıdan gələn sərnişin avtobusunun üstünə sürüb. Nəticədə hər iki avtomobil yanıb və sərnişinlər həlak olub. Polisin məlumatında yük maşınının sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

Xəbər lenti