Xəzər Xəbər

Ramazan ayında BƏƏ-nin əsas məscidini 1,5 milyon insan ziyarət edib

Dünya | 10:35 • 9 İyun 2019
Ramazan ayında BƏƏ-nin əsas məscidini 1,5 milyon insan ziyarət edib

Müqəddəs Ramazan ayı ərzində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən məşhur Şeyx Zayed məscidini 1,5 milyondan çox insan ziyarət edib.


AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, məscidin qeyri-adi gözəlliyini seyr etmək üçün möminlərdən əlavə 200 min xarici turist gəlib. Bununla yanaşı, "Ağ məscid”i bir çox yüksəksəviyyəli qonaqlar da ziyarət edib.


Dünyanın altı ən iri məscidindən biri olan Şeyx Zayed məscidində, həmçinin 900 minə yaxın dindar üçün iftar süfrəsi açılıb.

Xəbər lenti