Xəzər Xəbər

Fransada “sarı jiletlər” yenə ayaqlandı - 30-cu aktda 10 mindən çox nümayişçi iştirak edib

Dünya | 09:17 • 9 İyun 2019
Fransada “sarı jiletlər” yenə ayaqlandı -

Fransada "sarı jiletlər” etiraz aksiyasının 30-cu aktı keçirilib.


Xezerxeber.az xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, "sarı jiletlər”in 30-cu aktında 10 min 300 nümayişçi iştirak edib. "Sarı jiletlər” isə 19 min 654 aksiyaçının səfərbər olduğunu bildiriblər.


Nümayişçilər Monpelye şəhərini 30-cu aksiyanın milli paytaxtı adlandırıblar. Daxili İşlər Nazirliyi Monpelyedə 2 min nümayişçinin olduğunu qeyd etsə də, "sarı jiletlər” 5 min nümayişçi olduğunu bildiriblər. "Komediya” meydanına toplaşan nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Ona qədər nümayişçinin yaralandığı qeyd olunub.


Parisin mərkəzində nümayiş qadağan edildiyindən, "sarı jiletlər” bu şəhərin yaxınlığındakı Sən–Deniyə toplaşıblar.

Xəbər lenti