Xəzər Xəbər

UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur

Dünya | 15:26 • 25 May 2019
UNICEF: 600 min əfqanıstanlı uşağı ölümdən xilas etmək üçün 7 milyon dollar tələb olunur

Əgər beynəlxalq ictimaiyyət yaxın həftələr ərzində 7 milyon dollar vəsait ayırmasa, o zaman kəskin zəifləmədən əziyyət çəkən yüz minlərlə əfqanıstanlı uşaq ölə bilər.


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə UNICEF-də bildiriblər.


UNICEF-in nümayəndəsi Kristofer Bulyerak Cenevrədə brifinqdə çıxış edərək, hazırda Əfqanıstanda yaranmış vəziyyəti dünyada ən ciddi böhranlardan biri adlandırıb. O xəbərdarlıq edib ki, zorakılığın şiddətlənməsi və güclü quraqlıq nəticəsində 5 yaşınadək yüz minlərlə uşaq ölümlə üz-üzədir. K.Bulyerak deyib: "İki milyon əfqanıstanlı uşaq zəiflikdən əziyyət çəkir, onlardan 600 min nəfəri isə ağır vəziyyətdədir. Onlara təcili kömək lazımdır”.


Əfqanıstan dünya xəritəsində yeganə "qaynar nöqtə” deyil. Münaqişə ilə əhatə olunan digər ölkələrin əhalisi də - Cənubi Sudandan Yəmənə və Konqo Demokratik Respublikasınadək çox pis vəziyyətdə yaşayırlar. Bununla yanaşı, Bulyerakın sözlərinə görə, Əfqanıstandakı vəziyyət təcili diqqət tələb edir. UNICEF-in təmsilçisi deyib: "Zəifliyin müalicəsiz buraxılmış formasını yalnız biz sağalda bilərik. Əgər biz müalicəyə vəsait tapmasaq, əfqan uşaqları onu ala bilməyəcəklər”, - deyə izah edib.


BMT-nin Uşaq Fondunun məlumatına görə, təkcə bu il Əfqanıstanın 289 min sakini zorakılığın yayılması nəticəsində evlərini tərk etməyə məcbur olmuşlar. 3,8 milyon uşağın yardıma və dəstəyə ehtiyacı var. Hər üç uşaqdan biri psixi sarsıntı keçirib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti