Xəzər Xəbər

Məhəmməd Cavad Zərif: “İran heç vaxt təzyiq altında ABŞ-la müzakirə aparmayacaq”

Dünya | 11:32 • 25 May 2019
Məhəmməd Cavad Zərif: “İran heç vaxt təzyiq altında ABŞ-la müzakirə aparmayacaq”

ABŞ və İran arasındakı böhranın həlli üçün diplomatik danışıqların çıxış yolu imkanı yoxdur.


ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.


İranlı nazir həmçinin ABŞ dövlət katibi Mayk Pompeonun təhqiredici danışıq tərzini də tənqid edib: "Pompeo hər dəfə İran haqqında danışanda məni təhqir edir. Nə üçün onun telefon zənginə cavab verməliyəm?”


M.C.Zərif deyib ki, İran heç vaxt təzyiq altında müzakirə aparmayacaq.

Xəbər lenti