Xəzər Xəbər

Hollivud rejissoru təcavüzə görə 44 milyon dollar ödəyəcək

Dünya | 15:20 • 24 May 2019
Hollivud rejissoru təcavüzə görə 44 milyon dollar ödəyəcək

Qadınlara qarşı cinsi təcavüzə görə ittiham edilən Hollivudun tanınmış rejissoru Harvi Vaynşteyn onlarla razılaşma əldə edib.

"The New York Times” xəbər verir ki, Harvibu razılaşmağa görə 44 milyon dollarından keçməli olacaq.

Bu saziş təcavüz haqqında mülki iddiaların bir çox hissəsini əhatə etməlidir. Lakin Vaynşteynəqarşı cinsi zorakılıq haqqında ittihamlara təsir göstərməyəcək.

Müqavilə imzalandığı təqdirdə, bütün məbləğ sığorta ödənişləri hesabına təmin olunacaq.

Qeyd edək ki, 2017-ci ildən etibarən 80-dən çox qadın, film ulduzları, eləcə də, məşhur modellər Harvi Vaynşteyn tərəfindəntəcavüz və şiddətə məruz qaldıqlarını açıq şəkildə etiraf ediblər.2018-ci ildə təcavüz və cinsi zorlamaya görə cinayət işi açılıb. Sözügedən iş üzrə məhkəmə prosesinin sentyabr ayında keçirilməsi gözlənilir.

Xəbər lenti