Xəzər Xəbər

Riçard Danakari: Erməni terrorizmi Qafqazın inkişafına mənfi təsirini göstərir

Dünya | 12:32 • 24 May 2019
Riçard Danakari: Erməni terrorizmi Qafqazın inkişafına mənfi təsirini göstərir

Qafqazda baş verən proseslər öz aktuallığı ilə dünyanın diqqət mərkəzindədir.


Bu fikri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Rusiya Akademiyasının Volqoqrad İnstitutunun fəlsəfə və sosiologiya kafedrasının professoru Riçard Danakari deyib.


O bildirib ki, Qafqaz regionunda vacib məsələlərdən ən birincisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır. Qarabağ problemi, erməni terrorizmi bütün Qafqaz regionunun inkişafına öz mənfi təsirini göstərir.


"Forumda Qafqaz siyasəti, regionda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və Qafqaz regionunda olan digər problemlər elmi səviyyədə müzakirə olunur. Ümid edirəm ki, forum qafqazşünaslığın problemlərinin beynəlxalq arenaya çatdırılmasında mühüm rol oynayacaq”, – deyə alim qeyd edib.

Xəbər lenti