Xəzər Xəbər

Qocalar evində 92 yaşlı qadını yastıqla boğub öldürdülər

Dünya | 11:52 • 24 May 2019
Qocalar evində 92 yaşlı qadını yastıqla boğub öldürdülər

Fransada qocalar evində ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, 92 yaşlı ahıl qadının öldürüldüyü bildirilir.

Ehtimallara görə, o, yastıqla boğulub. Qadının üz nahiyəsində zorakılıq əlamətləri aşkarlanıb.

Həkimlər qadının ölüm kağızında onun kəllə-beyin travması aldığını da qeyd ediblər.

İlkin versiyaya görə, onu otaq yoldaşı 102 yaşlı qadın qətlə yetirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti