Xəzər Xəbər

Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər başlayır

Dünya | 11:53 • 23 May 2019
Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər başlayır

Mayın 23-də Avropanın bir sıra ölkəsində Avropa Parlamentinə seçkilər başlayır.


Bu gün Böyük Britaniyada və Niderlandda seçki məntəqələri açılacaq. Mayın 24-də İrlandiya və Çexiya, mayın 25-də isə Latviya, Malta və Slovakiya sakinləri səsverməyə qoşulacaq. Avropa İttifaqının digər ölkələrində isə seçkilər bazar günü keçiriləcək.


Ümumilikdə 2019-cu il seçkilərində 28 ölkənin vətəndaşları, o cümlədən Brexit prosesini razılaşdıra bilməyən Böyük Britaniya iştirak edəcək. Avropa İttifaqı ölkələrində seçkilərdə iştirak etmək hüququ olan 426 milyon seçici var.


Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxdıqdan sonra Birləşmiş Krallığın Avropa Parlamentindəki 73 yerindən 27-si bir neçə Aİ ölkəsi arasında bölünəcək. Beləliklə, Fransa və İspaniyanın hər biri əlavə olaraq 5 yer, İtaliya və Niderlandın hər biri 3 yer, İrlandiya 2 yer, daha 9 dövlət isə bir yer əldə edəcək. Qalan 46 yer isə Avropa İttifaqının gələcəkdə mümkün genişlənməsi halında istifadə olunması üçün ehtiyatda saxlanılacaq.


Seçkilərin Böyük Britaniyada da keçirilməsi səbəbindən Avropa Parlamentində deputat yerlərinin sayı hələlik əvvəlki kimi qalacaq – 751. (AZƏRTAC)

Xəbər lenti